Avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb

22 Yanvar 2021 11:29

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının hazırkı vəziyyəti haqqında məlumat paylaşıb.

Milli.Az xəbər verir ki, məlumatda qeyd olunub:

- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  

- Giləzi-Xızı Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı-Qobustan Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Qobustan-Şamaxı-Muğanlı Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı-Ağsu-Yevlax Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

- Bakı-Ələt-Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul-Ucar-Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b

- Yevlax-Gəncə-Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı-İsmayıllı Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- İsmayıllı-Qəbələ-Oğuz-Şəki Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə  şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Yevlax-Şəki (Göybulaq) Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Gəncə-Daşkəsən-Xoşbulaq Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

- Şəmkir- Gədəbəy Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

- Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Masallı-Yardımlı Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Lənkəran-Lerik Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul-Bəhramtəpə-Horadiz Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Milli.Az