Bakıda yataqxana yanıb

22 Yanvar 2021 11:39

Bakıda yataqxanada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb. Ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli yataqxana binasının (sökülməkdə olan) ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 kv.m sahədə yanıb.

Hadisə yerinə cəlb olunan nazirlik əməkdaşları binanın qalan hissəsini yanğından mühafizə edib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az