Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim

22 Yanvar 2021 10:31

Ayın 18-dən başlayan vaksinasiya prosesində indiyə qədər 72 nəfərə vaksin vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır:

"Tək ötən gün poliklinikamızda 52 nəfər vaksinasiya olunub. Bu gün səhər 09:00-dan etibarən hazırkı vaxta qədər isə 6 nəfərə vaksin vurulub".

Baş həkim əlavə edib ki, vaksinasiya olunan şəxslərin hamısı tibb işçiləridir.

Milli.Az