“Real”ın oyununun vaxtı dəyişdirildi

22 Yanvar 2021 11:34

İspaniya La Liqasının "Real" - "Xetafe" oyununun vaxtı yenidən dəyişdirilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, I turun təxirə salınan matçı fevralın 17-də deyil, 9-da baş tutacaq.

Buna Madrid təmsilçisinin İspaniya kuboku ilə vidalaşması səbəb olub. Paytaxt təmsilçisi 1/16 finalda 3-cü liqa təmsilçisi "Alkoyano"ya uduzub - 1:2.

İlk oyunları fevralın 9-da baş tutacaq yarımfinalda iştirak etməyəcək "Real" "Xetafe" ilə həmin tarixdə meydana çıxacaq.

Milli.Az