İlon Mask karbon qazının tutulması texnologiyasının ixtirasına 100 mln. dollar ödəyəcək

22 Yanvar 2021 11:09

"Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi İlon Mask karbon dioksidin tutulmasının və saxlanmasının ən səmərəli metodunu icad edənə 100 mln. ABŞ dolları ödəməyə hazır olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Mask "Twitter" hesabında yazıb.

"Karbon dioksidi tutmaq üçün ən yaxşı texnologiyaya 100 mln. dollar mükafat verirəm", - dünyanın ən zəngin iş adamını qeyd edib. O, gələn həftə bu təklifin təfərrüatlarının açıqlayacağını bildirib.

"Bloomberg"in son hesablamalarına görə, Maskın sərvəti 201 mlrd. dolları üstələyir. Yanvarın 7-nə olan məlumata görə, o, "Amazon"un rəhbəri Cef Bezosu qabaqlayaraq dünyanın ən zəngin adamları siyahısına başçılıq edib. Bezosun aktivlərinin ümumi dəyəri 193 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

Milli.Az