Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA

22 Yanvar 2021 09:41

Bakıda gecə saatlarında yolların buz bağlaması səhər saatlarında avtomobillərin sıxlığına səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın Ziya Bünyadov prospekti hər iki istiqamətdə, Heydər Əliyev prospekti şəhər istiqamətində və Hava Limanı magistral yolunda hər iki istiqamətində sıxlıqdır: "Yolun buz bağlaması nətiəsindəı Zığ - Hava Limanı yolunda zəncirvari qəzalar da baş verib. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olsunlar, sürət həddinə əməl etsinlər".

Milli.Az