"Yeşilçam" aktyoru vəfat etdi

22 Yanvar 2021 09:44

"Yeşilçam" ulduzu Oktay Yavuz vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rol ifa etdiyi filmlərdə mənfi obrazı ilə yadda qalan aktyor 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oktay Yavuz uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu. O, 16 gün reanimasiyada nəzarət altında saxlanılıb.

Milli.Az