Şahbuzda zəlzələ qeydə alınıb

22 Yanvar 2021 07:00

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.

Milli.Az xəbər verir ki Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Milli.Az