Sumqayıt bulvarında dənizdə meyit tapılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit bulvarın "Priçal" deyilən hissəsində aşkar olunub.
Meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğu müəyyən olunub. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az