Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu - FOTO

21 Yanvar 2021 20:32

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Süleymanov Rauf Allahverdi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, R.Süleymanov 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində doğulub.

O, oktyabrın 5-i Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az