Ukraynada qocalar evində yanğın baş verib, 15 nəfər ölüb

21 Yanvar 2021 19:14

Xarkov şəhərində yerləşən qocalar evində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 15 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xilasedicilər yanğının söndürülməsi istiqamətində iş aparırlar.  

Milli.Az