Natali Delon vəfat etdi

21 Yanvar 2021 18:34

Dünyaca məşhur fransız aktrisa, aktyor Alen Delonun keçmiş xanımı Natali Delon (əsl adı Francine Canova - red.) dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı film ulduzunun ölüm xəbərini oğlu Entoni Delon verib.

Fransa mətbuatı yazır ki, Natali Delon xərçəng xəstəliyindən həyatını itirib.

Milli.Az