81 yaşlı qadın 36 yaşlı kişiyə ərə gedib - FOTOlar

21 Yanvar 2021 17:14

81 yaşlı britaniyalı qadın 36 yaşlı kişiylə ailə qurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Somerset qraflığında yaşayan 81 yaşlı Iris Jones özündən yaşca xeyli kiçik misirli kişiyə ərə gedib.

Bir müddət əvvəl ailə quran cütlük hazırda karantin səbəbindən ayrı ölkələrdə qalıblar. Belə ki, onun "toyboy" əri Mohamed Ahmed Ibriham uzun müddətdir ki, koronavirus səbəbindən Misiri tərk edə bilmir.

Qadın bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edərək cavan əri üçün darıxdığını qeyd edib.

Milli.Az cütlüyün fotolarını təqdim edir:

İsmayıl
Milli.Az