Masallıda ev yanıb

21 Yanvar 2021 17:29

Masallı rayonunun Ərəb kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az