Əri aktrisanı stulla döyübmüş

21 Yanvar 2021 17:24

Aktrisa Kristina Riççi həyat yoldaşı Ceyms Hirdecdən şiddət gördüyü üçün onu məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məhkəmənin verdiyi uzaqlaşdırma qərarına əsasən, Hirdec həyat yoldaşı və 6 yaşlı qızına 90 metrdən artıq yaxınlaşarsa, həbs olunacaq.

Pandemiya səbəbi ilə evdə qalan aktrisa ərinin onu stulla döyüb, yerdə sürüdüyünü və dəfələrlə üzərinə çay tökdüyünü deyib. Hirdec Riççiyə "Səni parçalayıb öldürən zaman sakit olacam" deyərək şantaj da edib.

Milli.Az