Bakıda insanları aldadaraq pullarını ələ keçirən şəxs TAPILDI - Rəsmi

21 Yanvar 2021 15:31

Paytaxtda insanları elan saytları vasitəsilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Səbai rayon Pİ-nin təhqiqatçısı polis kapitanı Şəhriyar Hacıyev məlumat verib. Bildirilib ki, Bakıda Tap.az elan saytından kirayə mənzil axtaran vətəndaşları aldadıb, onların behini mənimsəyərək yoxa çıxan şübhəli artıq tapılıb. Dələduzluq yolu ilə vətəndaşdan ələ keçirilən pul vəsaiti də sahibinə qaytarılıb. 

Şikayətdən dərhal sonra dələduzun tapılması Bakı şəhər BPİ-nin rəhbərliyinin və bilavasitə Səbail rayon Pİ-nin rəisi, polis polkovniki Cavid Muradovun səyləri nəticəsində olmuşdur.

Qeyd edək ki, aldadılan şəxslər arasında Milli.Az-ın əməkdaşı da olub.

Təhməz Əsədov
Milli.Az