Ronaldo kubokla şəklini paylaşıb, bu sözləri yazdı

21 Yanvar 2021 16:14

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya Superkubokunu qazanmaqlarını şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, özünün "İnstaqram" hesabında kubokla şəklini paylaşan portuqaliyalı hücumçu bu sözləri yazıb:

"İtaliyadakı 4-cü titulumdan çox məmnunam. Qayıtdıq! Bu, sevdiyimiz "Yuventus", etibar etdiyimiz komandadır və bizi istədiyiniz qələbələrə aparacaq ruhdur! Afərin, komanda  yoldaşlarım!".

Qeyd edək ki, "Yuventus" Superkubokun həlledici matçında "Napoli"yə 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az