Yeni salamlaşma üsulları - VİDEO

21 Yanvar 2021 15:54

Artıq 1 ilə yaxındır ki, pandemiya səbəbindən yaşam tərzimiz dəyişib. Öyrəşdiyimiz gündəlik həyat tərzindən yeni bir yaşam formasına keçmişik. Özümüzü qorumaq üçün maska taxmaq, sosial məsafə saxlamaq, yaxınlarla öpüşüb-görüşmədən salamlaşmaq və s. kimi qaydalara əməl etmək məcburiyyətindəyik. Hər nə qədər çətin olsa da, artıq insanlar bir-biriləri ilə uzaqdan salamlaşmağa öyrəşiblər.

Sorğu - Sakin: "Tərəddüd etmədən buna əməl etmək lazımdır ki, bu xəstəlik aradan çıxsın. Dostlar yaxınlaşıb görüşmək istəyəndə uzaqdan salamlayıb, əlimlə aralı durmasını deyirəm".

Sorğu - Sakin: "Başımla salam verib ayrılıram".

Sorğu - Sakin: "Görüşmürəm. Hamı bilir. Qonaq çağırsalar da qohum-əqrabalara getmirəm".

Həkimlər deyir ki, öpüşüb-görüşərək salamlaşmaq insanların təkcə koronavirusa yox, həmçinin hava yolu ilə keçən digər xəstəliklərə yoluxmasına səbəb ola bilər. Bu birbaşa xəstəliyin orqanizmə düşməsi üçün şəriat yaradan amildir.

İlqar Hüseynli - Tibbi Ekspert: "Vaksinasiya prosesindən əvvəl də sonra da virusla mübarizədə ən çox tələb olunan vacib amillərdən biri məhz əllə görüşməmək, yaxın təmaslara imkan verməməkdir və bunu davam etdirmək lazımdır".

Həkimlər bildirir ki, ölkədə vaksinasiyanın başlaması insanlarda arxayınlıq yaratmamalıdır.

Vüqar Cavadzadə - Həkim-infeksionist: "Vaksin olunması bizim profilaktik tədbirləri dayandırmağımız demək deyil. Bir halda deyirik ki, sosial məsafə saxlamalıyıq digər tərəfdən əgər əllə görüşüb öpüşürüksə təbii ki, bu virusun yayılmasına səbəb olur".

İnfeksionist həm də bildirdi ki, vaksin olunan şəxslər də ikincə dəfə peyvənd olunana qədər özlərini virusdan qorulmalıdırlar.

Vüqar Cavadzadə - Həkim-infeksionist: "Vaksin olan şəxslər qanda immunitet yaranana qədər infeksiyaya yoluxa bilərlər. Təkrar vaksinasiya aparıldıqdan təqribən 40-42 gündən sonra dayanıqlı immunitet yaranır və insanlar bu müddət ərzində özlərini mütləq qorumalıdırlar".

Xəstə və ya sağlam olmasından asılı olmayaraq, hər kəsin özünü və ətrafındakıları qoruması üçün qoyulan qaydalara bir müddət daha səbrlə əməl etmələri tövsiyə olunur.

Milli.Az