Buzlu yolda qızını qorumaq üçün yıxılmamağa çalışdı - VİDEO

21 Yanvar 2021 15:29

Bursada qar yağdıqdan sonra havanın kəskin soyuması səbəbindən yollar donub. Buzlu yolda gəzməkdə çətinlik çəkən vətəndaşlar zaman-zaman yıxılır və yaralanma riski ilə üzləşirlər.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, buz bağlamış yolda hərəkət edən ata və qızı yaralanmaqdan son anda xilas olublar. Belə ki,  ayağı sürüşən ata qucağındakı qızı yıxılmasın deyə tarazlığını qorumağa çalışıb.

Atanın bu anı müşahidə kameralarına anbaan əks olunub.  Türkiyədə izləmə rekordu qıran video hər kəsi duyğulandırıb. 

Milli.Az