Ermənistanda son sutkada COVID-19-a 307 yoluxma qeydə alınıb, 5 nəfər ölüb

21 Yanvar 2021 12:34

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 307 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 165 528, ölənlərin sayı isə 3021 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 154 046 nəfərin sağaldığı bildirilir.

Milli.Az