Mahmud Qurbanov Zidana qarşı - VİDEO

21 Yanvar 2021 13:04

Sosial şəbəkələrdə 1995-ci ildə keçirilən Avro-1996-nın Fransa - Azərbaycan seçmə oyunundan (10:0) maraqlı video yayılıb.

Görüntülərdə millimizin o vaxtkı üzvləri Mahmud Qurbanov, Yunis Hüseynov, Fransadan isə Zinəddin Zidan və Bişente Lizarazyu yer alıb. Zidanla top uğrunda mübarizə zamanı M.Qurbanovun texniki fənni və sonadək əzmkar mübarizəsi diqqət çəkir.

Milli.Az