Bu il Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neft nəql ediləcək

21 Yanvar 2021 10:39

Rusiyanın "Transneft" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli ilə bağlı müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevral ayında həmin neft kəməri ilə 85 min ton Azərbaycan neftinin nəqli planlaşdırılır.

2020-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 613 min ton neft nəql edib.

Milli.Az