Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

21 Yanvar 2021 11:24

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 61 147 ölüm halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölüm halları artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə ölüm sayı 50796 olub. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,6 təşkil edib.

Milli.Az