Bekhemlərin oğlu stilist olacaq - FOTO

21 Yanvar 2021 11:19

Devid və Viktoriya Bekhem cütlüyünün ikinci oğlu moda sektorunda çalışacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunun üçün Romeo Bekhem xarici görünüşündə dəyişiklik də edib. Onun yeni stili üzərində Luiz Çyui çalışıb.

Rome saçını sarı rəngə boyatdırıb və yeni imici ilə kameralar qarşısına keçib. O, "L'Uomo Vogue" adlı məşhur jurnalın üz qabığına çəkilib.

Milli.Az