"Survivor 2021" iştirakçıları həftəlik nə qədər qazanır?

21 Yanvar 2021 10:44

"TV8" telekanalında yayımlanan "Survivor 2021" yarışmasında iştirakçıların həftəlik qazancları məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "məşhurlar" komandasında yarışan İsmayıl Balaban 7 min TL, Melis Sezer 5 min TL, Batuhan Karacakaya 10 min TL, Çağrı Atakan 5 min TL, Merve Aydın 7 min 500 TL, Hayrettin 7 min TL, Öykü Çelik 12 min TL, Cemal Hünal 7 min TL, Məryəm Kasap 5 min TL, Barış Özbək isə 8 min TL qonarar alır.

Qeyd edək ki, Acun Ilıcalının sahibi olduğu "TV8" telekanalında yayımlanan "Survivor 2021" ən reytinqli verilişlərdən biridir.

Milli.Az