Bu şəxslər koronavirusa qarşı peyvənd olunmayacaq - VİDEO

21 Yanvar 2021 10:09

Ölkəmizdə koronavirusla mübarizə məqsədilə vaksinasiya prosesi başlasa da, bəzi vətəndəşlar bir qədər gözləməli olacaq. Çünki müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslər var ki, onların bu prosesə cəlb olunması hələ tezdir. Hər bir vətəndaşın sağlıq durumu nəzərə alınacaq. Məhz bundan sonra peyvəndləmənin zamanı ilə bağlı qərar veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə vətəndaşların bir qismi müvvəqqəti olaraq koronavirusa qarşı vaksinasiya prosesindən kənar saxlanılacaq.

Bu qrupa hal hazırda bəzi xəstəlikərin aktiv fazasında olan şəxslər daxildir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin infenksionist xəstəlikərin təhlili və idarə edilməsi şöbəsinin əməkdaşı Nəzrin Mustafayeva bildirdi ki, hər hansı xroniki xəstəlikdən əziyyət çəkən vətəndaşlar da vaksinasiya prosesinə bir müddətdən sonra cəlb olunacaqlar.

Nəzrin Mustafayeva qeyd etdi ki, ankoloji xəstəlikdən əziyyət çəkənlərin durumuna uyğun qərar veriləcək.Əgər onlar xəstəliyin ağırlaşma dövründədilərsə vaksinasiya gecikdiriləcək.

Nəzrin Mustafayeva onu da əlavə etdi ki, qripə qarşı peyvənd olunan şəxslərə 2 həftədən sonra koronavirusa qarşı vaksin vurdura bilərlər.

Milli.Az