Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı - VİDEO

20 Yanvar 2021 21:15

ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin inauqurasiya mərasimi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kapitolinin pilləkənlərində keçirilən mərasim zamanı C.Bayden and içib.

C.Bayden bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".

Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.

C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.

Milli.Az