Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi

20 Yanvar 2021 19:44

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp yeni seçilən Prezident Cozef Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk edib və Florida ştatına yollanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, respublikaçı Donald Tramp Endryus hərbi bazasında vida nitqi ilə çıxış edib. Yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 18:00) D.Tramp hərbi bazanı tərk edib.

Qeyd edək ki, ötən il noyabr ayının 3-ü ABŞ-da prezident seçkiləri keçirilib. Dekabrın 14-ü seçicilər kollegiyası səsvermənin nəticələrini təsdiq edib və ölkənin yeni prezidenti demokrat Cozef Bayden seçilib.

Cozef Baydenin inauqurasiyası Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Milli.Az