"Fənərbaxça" - "Qalatasaray" derbisinin vaxtı açıqlandı

20 Yanvar 2021 19:34

Türkiyə Superliqasının 24-cü turunda "Fənərbaxça" və "Qalatasaray" arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da keçirilən oyunda hesab açılmayıb.

Milli.Az