Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

20 Yanvar 2021 18:13

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlar açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alıb.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Milli.Az