Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verdi

20 Yanvar 2021 13:51

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

Qurum S.Əsədovun istefa xəbərini Oxu.az-a təsdiq edib.

Bildirilib ki, keçmiş sədr bir neçə gün əvvəl vəzifəsindən istefa verib.

Onun vəzifəsi Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Sərviz Süleymanova həvalə edilib.

Milli.Az