Film kimi hadisə - Sevgilisinin öldüyünü eşidən qadın özünü xəstəxanada güllələdi - VİDEO - FOTO

20 Yanvar 2021 13:56

Türkiyənin Diyarbakır vilayətində dram filmlərini xatırladan təsirli olay yaşanıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, sevgilisini Diyarbakır xəstəxanasına çatdıran qadın onun ürəktutmadan vəfat etdiyini öyrənəndə canına qəsd edib.

Sevgilisinin öldüyünü öyrənən qadın elə yerindəcə, xəstəxanada silahı öz ürəyinə tutaraq atəş açıb.

Onun intihar anı xəstəxananın təhlükəsizlik kamerasına düşüb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az