Ukrayna defolta doğru gedir - Suslov

20 Yanvar 2021 16:23

Ukrayna defolta doğru hərəkət edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş iqtisadiyyat naziri Viktor Suslov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Ukrayna büdcəsi böyük kəsirlə - ÜDM-nin 5,5% miqdarında qəbul edilib.

V.Suslov bildirib ki, bu kəsr ölkənin xərcləri ixtisar etmək qabiliyyətində olmadığını göstərir.

Keçmiş nazir bunun sayəsində ölkənin xarici və daxili borcunun artacağını söyləyib.

Milli.Az