"Barselona" hələ də pulumu ödəməyib" - Setyen

20 Yanvar 2021 15:10

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen hələ də Kataloniya klubundan tələb etdiyi təzminatı ala bilmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 62 yaşlı mütəxəssis özü danışıb. İspaniyalı çalışdırıcı "Barselona"dan tələb etdiyi təzminatın ödənilmədiyini və hələ də gözlədiyini bildirib: "Barselona" hələ də mənə pul ödəməyib. Gözləyirik".

Setyen istefaya göndərildikdən sonra məşqçinin vəkilləri qarşı tərəfdən 4 milyon avro verilməsini tələb edir.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunan Setyen komandanın uğursuz nəticələrinə görə avqustunda istefaya göndərilmişdi.

Milli.Az