Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı

20 Yanvar 2021 12:43

Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarıbülbüllə birlikdə açır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "1990-cı il yanvarın 20-də də Can Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının rəmzi olan xarıbülbüllə birlikdə açır.

Milli.Az