"Bu, ölkədəki bütün xalqların acısıdır" - Azərbaycanda yaşayan yəhudilər

20 Yanvar 2021 14:40

Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 18-də Qubanın Ərdəbil məscidində xeyriyyə görüşü keçirilib.

Görüşdə iştirak edən Dağ yəhudiləri dini icmasının üzvləri 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verib.

Qeyd olunub ki, bu, ölkədə yaşayan bütün xalqların acısıdır:

"Biz özümüzü digər azərbaycanlı qardaş və bacılarımızdan ayırmırıq".

Milli.Az