Ermənistanda koronavirusa yoluxanların sayı 165 mini keçib

20 Yanvar 2021 13:04

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 309 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 165 221 yoluxma qeydə alınıb.

Ölkədə indiyədək COVID-19-dan 3016 nəfər ölüb.

Milli.Az