Paşinyan müxalifətin təklifini rədd etdi

20 Yanvar 2021 11:31

Ermənistanın müxalifət partiyaları parlamentə 44 günlük Qarabağ müharibəsi və döyüşlərdən əvvəlki vəziyyəti araşdırmağı təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təklif "İşıqlı Ermənistan" partiyası tərəfindən irəli sürülüb.

Digər müxalifət partiyaları "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Respublika" partiyaları təklifi dəstkləyib.

Baş nazir Nikol Paşinyanın "Mənim addımım" və sabiq prezident Serj Sarkisyanın Respublikaçılar partiyası isə bu təklifi qəbul etməyib.

Respublikaçılar partiyası hazırkı hökumət dövründə yaradılacaq komissiyanın obyektiv araşdırma aparmayacağını ifadə edib.

Milli.Az