Qazaxıstan səfirliyi 20 Yanvarla bağlı bəyanat yayıb

20 Yanvar 2021 12:52

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə səfirliyin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub: "20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir".

Milli.Az