Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir

20 Yanvar 2021 10:37

Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) üzrə sazişi müzakirə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, saziş qaz kəmərinin tikintisi üzrə, eləcə də layihə başa çatdıqdan sonra qaz nəqli üzrə birgə öhdəlikləri əhatə edir.

Qeyd edək ki, IGB layihəsi Yunanıstanla Bolqarıstanın qaz-nəqliyyat sistemlərini birləşdirən interkonnektorun tikintisini nəzərdə tutur. Bunun sayəsində Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı əldə edəcək.

Milli.Az