"Mən özüm də vaksin olunmuşam və özümü yaxşı hiss edirəm" - Nazir müavini

20 Yanvar 2021 10:31

Azərbaycanda koronavirusa qarşı başlanan vaksinasiya prosesi mərhələli şəkildə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, prosesin mərhələləri strategiyada öz əksini tapıb: "Strategiyada kimlərin hansı mərhələdə peyvənd olunacağı qeyd edilib. Birinci mərhələdə tibb işçiləri, sonra isə digər qurumlar. Mən özüm də vaksin olunmuşam və özümü yaxşı hiss edirəm".

Milli.Az