Elmə məlum olmayan yırtıcılar tapıldı

20 Yanvar 2021 21:44

Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.

Milli.Az xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini "Queensland" Muzeyinin alimləri tapıb.

Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.

Araşdırmanın məqaləsi "Science Media Exchange"də yayımlanıb.

Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb. (publika.az)

Milli.Az