Instagram bloqerini boğub öldürüblərmiş - FOTO

20 Yanvar 2021 10:55

Instagram bloqeri cinayətinin təfərrüatları məlum olub.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, ötən ilin noyabr ayının 27-də yol kənarından çılpaq cəsədi tapılan fenomenin boğularaq öldürüldüyü aşkarlanıb. Belə ki, qatil onu öldürdükdən sonra iz itirmək üçün cəsədi hadisə yerindən kilometrlərlə uzaq yerə atıb, qaçıb.

İddialara görə Instagram-da 21 mindən çox izləyicisi olan 27 yaşlı Alexis Sharkey öldürülməzdən əvvəl qatili ilə mübahisə edib.

Hyuston polis departamentindən verilən məlumata görə, cinayətdən 2 aydan çox vaxt keçsə də, hələ də onun qatilini tapa bilməyiblər.

Emin
Milli.Az