Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb

20 Yanvar 2021 10:58

Rusiyanın Yakutiya Respublikasında 50 dərəcə şaxta qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 5 rayonda məktəblər bağlanıb. Şagirdlər distant təhsilə keçirilir.

Yaxın günlərdə bəzi bölgələrdə temperaturun mənfi 57 dərəcəyədək azalacağı gözlənilir.

Bununla belə, ən soyuq yeri hesab olunan Oymyakon şəhərində 44 dərəcə şaxta qeydə alınıb.

Milli.Az