Binalarda istilik problemi - Kim həll etməlidir? - VİDEO

20 Yanvar 2021 10:28

Havaların soyuması ilə bağlı artıq iki gündür ki, vətəndaşlara xəbərdarlıqedilir. Bu soyuq havalarda isə Xətai rayonu, Gəncə prospektində yaşayan yüzlərlə sakinmərkəzi istilik sisteminin verdiyi istilikdən məhrum qalıb. Aidiyyatı qurum problemin həll edildiyini bildirsə də, hazırda vəziyyət dəyişməz olaraq qalır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 10-dan çox yaşayış binasında yüzlərlə sakinin mənzili aylardır ki, isinmir. Mərkəzi istilik sistemi artıq 2 aydır ki, işləmir.

Sakinlər deyir ki, ötən il bu binalarda istilik normal qaydada verilib. Bu il isə ümumiyyətlə istilik olmayıb. Mənzilləri ancaq elektrik enerjisi ilə qızdırılır ki, bu da sakinlərə maddi olaraq baha başa gəlir.

Sakinlərin sözlərinə görə, "Azəristiliktəchizat"a illik ödənişlərini vaxtlı vaxtında ediblər. Qaynarxəttə istiliyin verilməməsi ilə bağlı edilən müraciətlər isə cavabsız qalır.

Məsələylə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, texniki cəhətdən həmin binalara istiliyin verilməsində problem var.

Lakin Gəncə prospektinin sakinləri hələ də evlərinə istiliyin verilmədiyini bildirir.

Milli.Az