Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib - FOTO

20 Yanvar 2021 09:08

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Milli.Az