Berkay Arda Turanı yenidən məhkəməyə verdi

20 Yanvar 2021 14:10

Türkiyəli futbolçu Arda Turan müğənni Berkayın həyat yoldaşına "Evli olmasan, səni itirməzdim. Çox gözəlsən" dediyi üçün 2019-cu ildə məhkəməlik olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məhkəmə isə Arda Turanın inkar etməsi nəticəsində onun haqqlı olduğuna qərar vermişdi.

Əks tərəf qərarla razılaşmadığı üçün yenidən müraciət ünvanlayıb və Arda Turan barədə "Cinsi istismar" maddəsi ilə məhkəmə açılıb.

Qeyd edək ki, 2018-ci ildə məkanların birində məşhurlar arasında dava düşmüşdü. Hadisə zamanı Berkayın burnu qırılmışdı. Arda Turan dalaşdığını etiraf etsə də, bunun səbəbini açıqlamamışdı. Lakin Berkayın həyat yoldaşı Özləm Ada Şahin Arda Turanın ona əxlaqsız təklif etdiyini söyləmişdi.

Milli.Az