Türkiyəli aktyor vəfat etdi

20 Yanvar 2021 09:04

"Behzat Ç" serialındakı obrazı ilə məşhurlaşan türkiyəli aktyor Bülənt Yıldıran vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Aktyorların Həmkarlar İttifaqının tvitter səhifəsində məlumat verilib.Ölüm səbəbi açıqlanmayan B.Yıldıran 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum sənətçi teatr və kino ilə yanaşı səsləndirmə aktyoru kimi də məşhur idi.

Milli.Az