Almaniyada karantin 14 fevrala qədər uzadılır

20 Yanvar 2021 08:55

Alman səlahiyyətliləri sərt karantin tədbirlərinin fevral ayının ortalarına qədər uzadılmasına qərar verdi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə federal kansler Angela Merkel federal dövlətlərin başçıları ilə danışıqlardan sonra elan edib.

"Tədbirləri 14 fevrala qədər uzatmalıyıq", - kansler deyib. A.Merkel virusa yoluxanların sayının azalmasının "ümid üçün səbəb olduğunu", lakin yeni koronavirus ştammının müəyyən təhlükə yaratdığını, və bu səbəbdən məhdudiyyətlərin hələ də davam etdirməyin vacibliyini bildirib.

Milli.Az