"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi - VİDEO

20 Yanvar 2021 07:55

İngiltərə Premyer Liqasının (APL) 18-ci turunun növbəti oyununda "Lester" Londonun "Çelsi"sini məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, ğörüş Leyçesterdə "Kinq Pauer" stadionunda və 2:0 hesabı ilə başa çatıb.

Qolları Ulfrid Ndidi və Ceyms Meddison vurublar.

Bu müvəffəqiyyətdən sonra "Lester" 38 xalla İngiltərə çempionatı sıralamasında birinci yerə yüksəlib.

"Çelsi" 29 xalla səkkizinci yerdədir.

Milli.Az